15/06/2026
15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində mühüm dönüş nöqtəsidir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunması, sabitliyin və inkişafın təməlinin qoyulduğu tarix kimi yadda qalıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz çətin sınaqlardan çıxaraq tərəqqi yoluna qədəm qoydu. Milli həmrəyliyimizi və dövlətçiliyimizi daha da möhkəmləndirən bu əlamətdar günü qürurla qeyd edirik.
Milli Qurtuluş Günümüz mübarək!